Sizin Reklam Burada
Xəbər lenti
31-07-2026
30-07-2026
29-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər boşana bilməz - Açıqlama

Tarix: 31-07-2026 22:21     Baxış: 329 A- / A+
Bu şəxslər boşana bilməz - Açıqlama
Boşanmaq qərarı verən şəxslər ilk addım kimi məhkəməyə iddia ərizəsi təqdim edirlər. Lakin hər müraciət avtomatik olaraq icraata qəbul edilmir. Bəzi hallarda qanunvericiliyin tələblərinə əməl olunmadıqda, iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarıla və ya ümumiyyətlə icraata qəbul edilməyə bilər. 

Boşanma ilə bağlı məhkəməyə müraciət edilərkən iddia ərizəsi hansı hallarda qəbul edilmir və bunun hüquqi əsasları nələrdir?

Hüquqşünas Elnur Məmmədov bildirib ki, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək hər bir şəxsin hüququ olsa da, iddia ərizəsinin icraata qəbul edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməsindən və məhkəməyə aidiyyət qaydalarına riayət olunmasından asılıdır:

"Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, iddia ərizəsi qanunla müəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda və ya ona əlavə edilməli sənədlər təqdim edilmədikdə, məhkəmə iddia ərizəsini iddiaçıya geri qaytarır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsinə əsasən, iş həmin məhkəmənin aidiyyətinə daxil olmadıqda, iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalandıqda, eyni predmet və eyni əsas üzrə tərəflər arasında artıq məhkəmə icraatında iş olduqda və ya qanunla nəzərdə tutulmuş digər hallar mövcud olduqda iddia ərizəsi geri qaytarıla bilər”.

Elnur Məmmədov əlavə edib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadan ər nikahın pozulması barədə iddia qaldıra bilməz:

"Bu, qanunla müəyyən edilmiş birbaşa məhdudiyyətdir və məhkəmə həmin tələbə uyğun hərəkət edir. Beləliklə, boşanma ilə bağlı iddia ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsi üçün qanunvericiliyin prosessual tələblərinə tam əməl olunmalı, iddia düzgün məhkəməyə təqdim edilməli və qanunda nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmalıdır. Əks halda, iddia ərizəsi hərəkətsiz saxlanıla, geri qaytarıla və ya qanunda nəzərdə tutulmuş əsaslar olduqda icraata qəbul edilməyə bilər”. demokrat.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar