Sizin Reklam Burada
Xəbər lenti
30-07-2026
29-07-2026
28-07-2026
BÜTÜN XƏBƏRLƏR

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

Tarix: 30-07-2026 16:24     Baxış: 331 A- / A+
Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI
Hazırda paytaxt ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti fonunda Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşlara bir daha təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Manevr.az
xəbər verir ki, nazirliyin rəsmisi, kapitan Fərd İlhamoğlu modern.az-a bildirib ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə uşaqlar və yeniyetmələr arasında qeyri-çimərlik ərazilərində və təhlükəli su hövzələrində çimmə halları hələ də müşahidə olunur.

Onun sözlərinə görə, bu cür davranışlar əksər hallarda faciə ilə nəticələnir.

FHN rəsmisi qeyd edib ki, vətəndaşlar çimərlik kimi fəaliyyət göstərməyən ərazilərdən istifadə etməməli, küləkli hava şəraitində dalğalı dənizə daxil olmamalı, valideynlər isə uşaqları nəzarətsiz buraxmamalıdırlar.

Kapitan vurğulayıb ki, dənizdə yalnız xilasedicilərin növbə çəkdiyi qanuni çimərliklərdən istifadə olunmalıdır.

Fərd İlhamoğlu bildirib ki, FHN-in apardığı monitorinqlər nəticəsində Xəzər dənizi sahilində ən təhlükəli ərazilər müəyyən edilib.

Bunlar aşağıdakılardır:

Mərdəkan və Şüvəlan qəsəbələrində yerləşən "Şimal Qres" və "Mil Qaya" əraziləri;

Bilgəh və Nardaran qəsəbələrində yerləşən "12-ci Dalan" və "Daçnik" kimi tanınan sahələr;

Novxanı qəsəbəsində yerləşən "Sarı Qaya";

Sahil qəsəbəsində "Mayak" adı ilə tanınan ərazi.

FHN rəsmisinin sözlərinə görə, həmin ərazilər sualtı axınların güclü olması, mürəkkəb sualtı relyef, dərin çuxurlar və yarğanların mövcudluğu səbəbindən insan həyatı üçün ciddi təhlükə yaradır.

"Bu kimi ərazilər sualtı axınlarla, mürəkkəb sualtı relyeflə, yarğan və çuxurlarla zəngin olduğu üçün insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Vətəndaşlarımız bu ərazilərə daxil olaraq həyatlarını riskə atmamalı, yalnız xilasedicilərin fəaliyyət göstərdiyi qanuni çimərliklərdən istifadə etməlidirlər", – deyə Fərd İlhamoğlu vurğulayıb.










Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar