Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərin maaşı artırılacaq

Tarix: 28-07-2026 14:06     Baxış: 385 A- / A+

Kitabxana sistemində aparılan optimallaşdırma prosesindən sonra attestasiyadan uğurla keçən əməkdaşların əməkhaqqılarının artırılması nəzərdə tutulur.

Manevr.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin şöbə müdiri Vasif Qurbanzadə İT mütəxəssislərinin attestasiyası ilə bağlı Modern.az-a deyib.

Onun sözlərinə görə, hazırda kitabxana sistemində aparılan dəyişikliklərin əsas məqsədi kitabxanaların müasir çağırışlara uyğun fəaliyyət göstərməsini təmin etməkdir.

V.Qurbanzadə bildirib ki, optimallaşdırma yalnız kitabların əlçatanlığının artırılması, beynəlxalq standartlara uyğun xidmətlərin təşkili və kitabxana fondlarının zənginləşdirilməsinə xidmət edir.

Şöbə müdiri qeyd edib ki, bu proses çərçivəsində peşəkar kitabxana əməkdaşlarının hazırlanmasına da xüsusi diqqət yetiriləcək:

"Kitabxana əməkdaşlarının peşəkarlığının təmin olunması məqsədilə attestasiyadan keçmiş əməkdaşların kurslara cəlb olunması və optimallaşma prosesindən sonra kitabxana əməkdaşlarının əməkhaqqılarının artırılması istiqamətində Mədəniyyət Nazirliyinin müəyyən planları var. Bu proses başa çatdıqdan sonra həmin planların tətbiqi nəzərdə tutulur".

V.Qurbanzadə əlavə edib ki, hazırda kitabxana sistemində çalışan digər əməkdaşların attestasiyası ilə bağlı hələlik hər hansı qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu mərhələdə yalnız informasiya texnologiyaları sahəsində çalışan təxminən 1 100 əməkdaş attestasiyaya cəlb olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar