Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ətin qiyməti kəskin dəyişir?

Tarix: 25-07-2026 20:51     Baxış: 399 A- / A+
Et qiymetBu ilin ilk yarısında Gürcüstandan Azərbaycana diri qoyun idxalının kəskin artması diqqət çəkir. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycana 1,3 milyon ABŞ dolları dəyərində diri qoyun ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Bu artım ölkədə ətin bahalaşdığı və qiymət artımının istehlakçıların narazılığına səbəb olduğu dövrə təsadüf edir.

Diri qoyun idxalının 2,5 dəfə artması bazarda qırmızı ətin qiymətlərini sabitləşdirə bilərmi?

Milli Məclisin Aqrar siyasəti komitəsinin üzvü Razi Nurullayev deyib ki, diri qoyun idxalının artması bazarda təklifin genişlənməsinə və qırmızı ətin qiymətləri üzərində təzyiqin müəyyən qədər azalmasına müsbət təsir göstərə bilər:

“Lakin bu, qiymətlərin avtomatik olaraq ucuzlaşacağı və ya tam sabitləşəcəyi demək deyil. Çünki ətin qiymətinə yalnız idxal deyil, həm də yerli istehsalın həcmi, yem xərcləri, mövsümi amillər, daşınma xərcləri, tələbat və bazardakı ümumi rəqabət mühiti təsir göstərir. Bu səbəbdən diri qoyun idxalının 2,5 dəfə artması qiymət artımının qarşısının qismən alınmasına kömək edə bilər, lakin bunu bazarda həlledici amil kimi qiymətləndirmək doğru olmaz”.

R.Nurullayev qeyd edib ki, bu istiqamətdə daha dolğun və peşəkar qiymətləndirmə aparmaq üçün zəruri statistika və analitik məlumatlar Kənd Təsərrüfatı Nazirliyində mövcuddur:

“İdxalın bazara real təsiri, daxili istehsalın vəziyyəti və  qiymət dinamikası ilə bağlı ətraflı məlumatı məhz aidiyyəti dövlət qurumu təqdim edə bilər”. globalinfo.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar