Sizin Reklam Burada
Xəbər lenti
23-07-2026
BÜTÜN XƏBƏRLƏR

BDYPİ-dən isti hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Tarix: 25-07-2026 12:08     Baxış: 338 A- / A+
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da ölkə ərazisində gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb.
Manevr.az xəbər verir ki, bu barədə İdarə məlumat yayıb.

Qeyd olunub ki, yüksək temperatur sürücülərdə diqqətin azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər:

"Bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq, şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə çıxmamağı tövsiyə edir. Digər sürücülərə isə nəqliyyat vasitəsinin texniki sazlığını, xüsusilə soyutma və əyləc sistemlərinin, təkərlərin və kondisionerin vəziyyətini əvvəlcədən yoxlamağı, uzunmüddətli səfərlər zamanı mütəmadi fasilələr verərək istirahət etməyi, özlərində halsızlıq, başgicəllənmə, yuxululuq və ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmağı, sürət həddinə riayət etməyi, riskli manevrlərdən çəkinməyi, azyaşlı uşaqları avtomobildə nəzarətsiz saxlamamağı və günəş altında qalmış nəqliyyat vasitəsini hərəkətə başlamazdan əvvəl havalandırmağı məsləhət görür".

BDYPİ bütün sürücüləri hava şəraitini nəzərə almağa, səfərlərini imkan daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyacaq davranışlardan çəkinməyə çağırıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar