Sizin Reklam Burada
Xəbər lenti
23-07-2026
BÜTÜN XƏBƏRLƏR

Zəngilanın Soltanlı kəndinə ilin sonunadək ilk köç planlaşdırılır

Tarix: 25-07-2026 11:11     Baxış: 426 A- / A+
Zəngilanın Soltanlı kəndinə bu ilin sonunadək ilk köçün həyata keçirilməsi planlaşdırılır.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Zəngilan və Qubadlı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov deyib.
Onun sözlərinə görə, Soltanlı kəndinin layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən "KESZ" Şirkətlər Qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
N.Cəfərov bildirib ki, kəndin ümumi ərazisi 108 hektardır. Hazırda burada 420 fərdi yaşayış evi, inzibati bina, çoxfunksiyalı bina, 140 yerlik uşaq bağçası və Bayraq Meydanının tikintisi davam edir.
"420 fərdi yaşayış evindən 336-da qaba tikinti işləri artıq yekunlaşıb. Digər evlərdə isə tikinti işləri sürətlə davam etdirilir. Bu ilin sonunadək kəndə ilk köçün həyata keçirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
İcraçı direktor əlavə edib ki, kənddə inşa olunan fərdi yaşayış evləri 2, 3, 4 və 5 otaqlı layihələr əsasında tikilir. Evlərlə yanaşı, hər həyətyanı sahədə köməkçi tikililər də nəzərdə tutulub.
N.Cəfərovun sözlərinə görə, kənd ərazisində yağış və sel sularının təhlükəsiz şəkildə kənarlaşdırılması üçün də müvafiq infrastruktur işləri aparılır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar