Xəbər lenti
Penitensiar müəssisəyə diş məcununun içərisində narkotik keçirmək istədi
.jpg)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları Lənkəran penitensiar müəssisəsinə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısını alıblar.
Manevr.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri çərçivəsində məhkumla qısamüddətli görüşə gələn qardaşının gətirdiyi sovqata baxış keçirilib.
Yoxlama zamanı diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülər aşkarlanıb. Həmin bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Penitensiar Xidmət bir daha xatırladıb ki, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































