Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Tofiq Mirzəyev Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...

Tarix: 22-07-2026 11:53     Baxış: 394 A- / A+



Mərhum Xalq artisti Tofiq Mirzəyev bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
Manevr.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.
O bildirib ki, Tofiq Mirzəyev iki ay əvvəl insult keçirib və bundan sonra tam olaraq sağala bilməyib:
"Tofiq Mirzəyev 1994-cü ildən İsrailin Arad şəhərində yaşayırdı. O, aktiv həyat tərzi keçirirdi, həyata keçirmək istədiyi yarımçıq planları var idi. Lakin tale başqa cür qərar verdi. Sağlığında dəfələrlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, aktyor bu gün İsrailin Arad şəhərində dəfn olunacaq. Anası, qardaşı Teymur Mirzəyev və bacısı Leyla da həmin qəbiristanlıqda dəfn olunub". 
Qeyd edək ki, 94 yaşlı Tofiq Mirzəyev bu gecə İsraildə vəfat edib. O, 35-dən çox filmdə rol alıb. Sənətkar "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar