Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

6 aydır bu rayonun icra başçısı yoxdur

Tarix: 20-07-2026 22:42     Baxış: 391 A- / A+
Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsindən artıq altı ay ötür. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yanvarın 30-da vəzifəsindən azad edilən 64 yaşlı sabiq icra başçısından sonra rayona hələ də yeni rəhbər təyin olunmayıb.

Hazırda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov icra edir.

Rayonun idarəçiliyini müvəqqəti olaraq öz üzərinə götürən Emil Abbasov tanınmış nəslin nümayəndəsidir. O, uzun illər məhkəmə sistemində müxtəlif məsul vəzifələrdə çalışmış, Abşeron, Yasamal və Sabunçu Rayon Məhkəmələrinin sədri olmuş tanınmış hüquqşünas İlqar Abbasovun oğludur.

Yerli siyasi dairələrdə və mediada Emil Abbasov uzun müddətdir boş qalan icra başçısı vəzifəsinə ən real namizədlərdən biri kimi göstərilir. Lakin gözlənilən təyinatın bu günədək baş tutmaması diqqət çəkir və müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olur.

Müşahidələrə görə, təyinat prosesinin uzanması birinci müavinin mövqeyinə də təsirsiz ötüşmür. Vaxt keçdikcə həm rayonda idarəetmə ilə bağlı qeyri-müəyyənlik artır, həm də yeni iddialılar ortaya çıxır. Bu isə Emil Abbasovun Qaradağ Rayon İcra Hakimiyyətinə rəhbər təyin olunmaq şanslarını azaldır. metbuat.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar