Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə Nazirliyinin sabiq idarə rəisindən maraqlı etiraf

Tarix: 20-07-2026 13:50     Baxış: 381 A- / A+
Səhiyyə Nazirliyinin sabiq idarə rəisindən maraqlı ETİRAF
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrliyi ilə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov xüsusilə külli miqdarda mənimsəmədə və başqa cinayətlərdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
Manevr.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Mehdi Əmrahov ona qarşı irəli sürülən ittihamda özünü qismən -səhlənkarlıqla bağlı məqamda  təqsirli bildiyini  deyib.
Növbəti proses 3 avqust 11:30-a təyin olunub.
Xatırladaq ki, təqsirləndirilən Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. İttihama görə Əmrahov 12 nəfər işçinin əmək haqqını mənimsəyib rəsmiləşdirərək vəzifə saxtakarlığı edib.
Təqsirləndirilən şəxs nazirliyin 783 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunur.
Zərərçəkənin nümayəndəsi qismində iştirak edən Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi bildirib ki, Nazirlik tərəfindən təqsirləndirilən şəxsə 670 min manat dəyərində mülki iddia qaldırılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.
İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar