Xəbər lenti
Şəhidimizin medalı ailəsinə təqdim olunub - Foto

Bu ilin iyun ayında Ermənistan silahlı bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qusar rayonunda keçirilən mərasimdə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən Sultan Şahvələdovun “Şücaətə görə” medalı ilə təltif olunması barədə müdafiə nazirinin əmri mərasim iştirakçılarına çatdırılıb. Medal şəhidin atası Niyaz Şahvələdova təqdim edilib.

Polkovnik-leytenant Loğman Xanlarov çıxışında S. Şahvələdovun yaşadığı qısa, lakin şərəfli ömür yolunun Azərbaycan gənclərinə örnək olduğunu qeyd edib. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Sultan kimi igidlərin fədakarlığı, vətənpərvərliyi torpaqlarımızın tezliklə işğaldan azad olunacağını deməyə əsas verir. Oğlu ilə qürur duyduğunu deyən şəhidin atası Niyaz Şahvələdov övladının vətənpərvərliyindən və mərdliyindən danışıb, şəhidlərimizin xatirəsinə göstərilən ehtirama, onların ailələrinə yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda şəhidin ruhuna ehsan verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar