Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Tarix: 17-07-2026 23:04     Baxış: Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?87 A- / A+
Türkiyəli psixoloq və televiziya aparıcısı Esra Ezmecinin yeni mövsümdə Azərbaycanda fəaliyyət göstərə biləcəyi iddia olunur.

O, hazırda fəaliyyətinə qısa fasilə versə də, "YouTube" layihələri ilə izləyiciləri ilə ünsiyyətini davam etdirir.

Onun yeni televiziya layihələri ilə bağlı müxtəlif kanallarla danışıqlar apardığı bildirilir. 

İddialara görə, Ezmecini öz layihələrinə cəlb etmək üçün təkliflər irəli sürüb.Təkliflərdən biri Azərbaycandan gəlib. Bunun yerli televiziya kanallarından birinə məxsus olduğu ehtimalı var.

Bəzi mənbələr söhbətin ARB TV-dən getdiyini iddia edir. Ezmeciyə təklif edilən layihə ötən mövsüm yayımdan çıxarılan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinin formatına bənzər olacaq.

Esra Ezmeci son illərdə psixologiya mövzusunda hazırladığı televiziya proqramları və sosial şəbəkələrdə paylaşdığı məzmunlarla geniş auditoriya qazanıb. Hazırda onun Azərbaycanda fəaliyyət göstərəcəyi ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənməyib. yeni sabah

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar