Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ucuz mənzillər hələ də satışdadır - Video

Tarix: 17-07-2026 19:30     Baxış: 3101 A- / A+
Ucuz mənzillər hələ də satışdadır - VideoƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərində olan mənzillərin satışı davam edir.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, 3 və 4 otaqlı, tam təmirli və istifadə olunmamış, çıxarışlı və ipoteka krediti ilə də almaq mümkün olan bu mənzillər bazar qiymətindən xeyli aşağı qiymətə - kv.metri 435-830 manat aralığında satışa çıxarılıb.
Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola bilərsiniz.
Seçdiyiniz mənzili portaldakı “Bron et” düyməsini sıxmaqla onun bron edə bilərsiniz.
Bir mənzili 3 şəxs bron edə bilər. İlk bron edən şəxs mənzili almadıqda, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.
Mənzili bron edərək alan şəxs ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər.
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.
Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar