Sizin Reklam Burada
Xəbər lenti
15-07-2026
BÜTÜN XƏBƏRLƏR

Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edildi

Tarix: 17-07-2026 11:30     Baxış: 321 A- / A+
Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edildiArıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıqova 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, AQTA tərəfindən aparılan nəzarət tədbirləri zamanı aşkar edilib ki, bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədilə ölkəyə gətirilmiş və ya poçt vasitəsilə sifariş olunmuş qida məhsulları qanunsuz şəkildə satışa çıxarılır:
“Bu tendensiyanın ən qabarıq müşahidə olunduğu sahələrdən biri idmançı qidalarıdır. Belə məhsulların hətta idman zallarında və idman mallarının satışı ilə məşğul olan mağazalarda da satıldığı hallara rast gəlinir. Eyni zamanda, bioloji aktiv qida məhsullarının da qanunsuz satışının həyata keçirildiyi hallar aşkar edilir. Daha narahatedici məqamlardan biri isə xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasıdır”.
Qeyd edilib ki, agentlik tərəfindən həmin məhsullardan nümunələr götürülərək laborator müayinələr aparılıb:
“Təəssüf ki, müayinə olunan bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib. Sibutramin ürək-damar sisteminə ciddi mənfi təsirləri səbəbindən dünyanın bir çox ölkəsində, o cümlədən dərman vasitələrinin tərkibində istifadəsi qadağan edilmiş aktiv maddədir. Bundan əlavə, kişilər üçün nəzərdə tutulmuş bəzi məcun və şokolad məhsullarının tərkibində bəyan edilməyən sildenafil maddəsi də aşkarlanıb. Bu səbəbdən Agentlik istehlakçılara belə məhsulları almamağı, əldə etdikləri halda isə onlardan qətiyyən istifadə etməməyi tövsiyə edir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar