Sizin Reklam Burada
Xəbər lenti
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Vəsiyyətnamə olmadan mirasın bölüşdürülməsi qaydası - Qanun nə deyir?

Tarix: 15-07-2026 09:04     Baxış: 371 A- / A+

Vəsiyyətnamə tərtib edilmədikdə, mirasın bölüşdürülməsi ilə bağlı bəzən anlaşılmazlıqlar yaranır.

Vəsiyyətnamə tərtib edilməyibsə, miras qanunla müəyyən edilmiş qaydada bölünür.

Mülki Məcəllənin müvafiq maddəsinə əsasən, qanun üzrə vərəsəlik o halda tətbiq edilir ki, miras qoyan vəsiyyətnamə yazmayıb və ya vəsiyyətnamə tamamilə ya da qismən etibarsız sayılıb.

Məcəllənin müvafiq maddəsinə görə, mirasa ilk növbədə vəfat edənin uşaqları, ölümündən sonra doğulan uşağı, həyat yoldaşı və valideynləri çağırılır. Onlar, qanunda başqa hal nəzərdə tutulmayıbsa, mirası bərabər paylarla əldə edirlər.

Əgər birinci növbə vərəsələrdən heç biri yoxdursa, miras qanunda nəzərdə tutulan növbəlilik əsasında digər qohumlara keçir. Əvvəlki növbədən ən azı bir nəfərin olması sonrakı növbənin vərəsəlik hüququnu istisna edir.

Yəni vəsiyyətnamə olmadıqda, miras şəxsin istəyi ilə deyil, Mülki Məcəllənin müəyyən etdiyi vərəsəlik ardıcıllığına uyğun bölüşdürülür.

Sözügedən ardıcıllıq aşağıdakı kimidir:

- Birinci növbə: Vəfat edənin uşaqları, miras qoyanın ölümündən sonra doğulan uşağı, həyat yoldaşı və valideynləri (övladlığa götürənlər). Onlar mirası bərabər paylarla əldə edirlər. Övladlığa götürülənlər və onların övladları da bu siyahıda öz biologiyası uşaqlarla bərabər tutulurlar. Əgər mirasın açıldığı vaxt vəfat edənin valideynləri sağ deyilsə, birinci növbə vərəsələrin payı onların nəvə və nəticələrinə keçə bilər (valideynləri mirasdan imtina etməyibsə).

- İkinci növbə: Vəfat edənin bacı və qardaşları. Miras qoyanın bacısı və qardaşı uşaqları, həmçinin onların uşaqları o halda vərəsə sayılırlar ki, vəfat edənin valideynləri mirasın açıldığı vaxt sağ olmasın. Onlar ölmüş valideynlərinə çatan payı bərabər bölüşdürürlər.

- Üçüncü növbə: Həm ana, həm də ata tərəfdən nənə və babalar. Nənə və babaların valideynləri isə o halda vərəsə sayılırlar ki, nənə və babalar sağ olmasın.

- Dördüncü növbə: Xalalar, bibilər, dayılar və əmilər.

- Beşinci növbə: Xala, bibi, dayı və əmi uşaqları; onlar sağ olmadıqda isə onların övladları. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar