Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
BÜTÜN XƏBƏRLƏR

Tiktok Azərbaycanda 600 minə yaxın videonu sildi

Tarix: 13-07-2026 20:33     Baxış: 334 A- / A+
Tiktok Azərbaycanda 600 minə yaxın videonu sildiVideo yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan Tiktok üçün Azərbaycandakı istifadəçilər üçün təhlükəsiz və rahat rəqəmsal mühitin formalaşdırılması əsas prioritetlərdən biri olaraq qalır. Məhz buna görə də şirkət istifadəçilərin qorunmasına, kontent yaradıcılarının dəstəklənməsinə yönəlmiş tədbirlər barədə məlumat verən İcma Qaydalarına Əməl Olunması Hesabatını mütəmadi olaraq dərc edir.
Manevr.az bakupost.az-a istinadən xəbər verir ki, Tiktok 2026-cı ilin birinci rübü üzrə “İcma Qaydalarının tətbiqi haqqında” hesabatını açıqlayıb. Hesabatda platformanın istifadəçi təhlükəsizliyinin təmin edilməsi istiqamətində gördüyü işlərin nəticələri, eləcə də kontent moderasiyasına yanaşmalardakı yeniliklər əks olunub.
Hesabata əsasən, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda:
İcma Qaydalarının pozulmasına görə 590 mindən çox video silinib;
Silinən videoların 99,4%-i platforma tərəfindən proaktiv şəkildə, yəni istifadəçi şikayəti daxil olmadan aşkarlanaraq aradan qaldırılıb;
İcma Qaydalarına uyğun olmayan videoların 95,7%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
Eyni dövr ərzində Tiktok qlobal miqyasda:
İcma Qaydalarını pozan 184 milyondan çox videonu silib;
Qayda pozuntularının 99,3%-i istifadəçi şikayəti daxil olmadan aşkarlanıb. Bu cür kontentin 94,4%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
2025-ci il ərzində isə Tiktok Azərbaycanda İcma Qaydalarının pozulması səbəbindən 3,6 milyondan çox videonu platformadan silib.
2026-cı ildə Tiktok istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yanaşmalarını təkmilləşdirməyə və kontent moderasiyasında süni intellekt texnologiyalarının tətbiqini genişləndirməyə davam edir. Bu ildən etibarən şirkət ilk dəfə olaraq platformadan avtomatik silinən kontentlə bağlı statistikaya süni intellekt texnologiyaları vasitəsilə silinmiş videoları da daxil edir. Hazırda avtomatlaşdırılmış sistemlər, o cümlədən süni intellekt texnologiyaları platformada silinən bütün kontentin 96%-dən çoxunu aşkarlayaraq operativ şəkildə aradan qaldırır. Bu isə platformanın tələblərinə zidd olan paylaşımların daha operativ aşkarlanmasına imkan yaradır.
Tiktok canlı yayımların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri də davamlı olaraq gücləndirir. Platforma 2026-cı ilin birinci rübündə dünya üzrə 50,8 milyon canlı yayımı dayandırıb. Bununla yanaşı, Tiktok canlı yayımlar zamanı qazanc imkanlarını tənzimləyən qaydaların tətbiqini də təkmilləşdirir. Məqsəd orijinal və keyfiyyətli canlı-kontent yaradan müəlliflərin dəstəklənməsini və mükafatlandırılmasını təmin etməkdir. 2026-cı ilin birinci rübünün nəticələrinə əsasən, platforma Tiktokun tələblərinin pozulması səbəbindən 58,2 milyondan çox canlı yayım üzrə müəlliflərə xəbərdarlıq edib və ya onların monetizasiya alətlərinə çıxışını məhdudlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar