Sizin Reklam Burada
Xəbər lenti
13-07-2026
12-07-2026
11-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?

Tarix: 13-07-2026 15:00     Baxış: 323 A- / A+
Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?Təbii üsulla hazırlanan ayranda əsasən qatıq, su və duzdan istifadə olunur. Lakin sənaye üsulu ilə istehsal edilən ayranlarda məhsulun homogenliyini qorumaq, suyunun ayrılmasının qarşısını almaq və saxlanma müddətini uzatmaq məqsədilə müxtəlif stabilizatorlardan və digər qida əlavələrindən istifadə edilir.
Manevr.az-ın xəbərinə görə, bu sözləri axar.az-a açıqlamasında qida eksperti Məhsəti Hüseynova sənaye ayranlarının tərkibi haqqında danışarkən deyib.
Onun sözlərinə görə, bu maddələr suyun ayranın tərkibinə daha yaxşı bağlanmasını təmin etdiyindən, sonradan əlavə su qatıldıqda jeleyə və ya gelə bənzər hissəciklər əmələ gəlir:
“Ayranda müşahidə olunan bu cür hissəciklərin yaranması əsasən homogenləşmə prosesi, süd zülalı konsentratından istifadə edilməsi və ya məhsulun xammal kimi quru süddən hazırlanması ilə əlaqədardır. Məhz bu səbəbdən sənaye üsulu ilə istehsal olunan ayranla ev şəraitində hazırlanan ayranın tərkibi, qatılığı və xüsusiyyətləri bir-birindən fərqlənir. Sənaye üsulu ilə istehsal olunan ayranları alarkən onların tərkibinə əlavə su və lazımsız qatqı maddələrinin daxil edilməməsinə diqqət yetirilməlidir. Həmçinin məhsulu alarkən istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti və tərkibi diqqətlə yoxlanılmalıdır. Tərkibində çoxlu kimyəvi qatqılar olan məhsulların isə gündəlik istifadəsi məsləhət görülmür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar