Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda niyə 3 manatlıq yoxdur?

Tarix: 12-07-2026 14:24     Baxış: 424 A- / A+
Azərbaycanda niyə 3 manatlıq yoxdur?
Milli valyutanın nominalları müəyyən edilərkən təkcə iqtisadi deyil, həm də ciddi riyazi və psixoloji amillər əsas götürülür.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da pul nişanlarının strukturu "1-2-5" prinsipinə (və ya binary-decimal sisteminə) söykənir. Bu sistem minimum sayda əsginasdan istifadə etməklə istənilən məbləği ən optimal və sürətli şəkildə formalaşdırmağa imkan verir.

Görəsən, niyə milli pul vahidi arasında "3 manatlıq” yoxdur?

Manevr.az
-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankından "Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, qurum nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır:

"Pul nişanlarımızın nominal strukturuna dəyişikliklərin edilməsi və yeni nominalın tədavülə buraxılması üzrə təkliflə bağlı bildiririk ki, Mərkəzi Bank ölkədə nağd pul tədavülünün effektiv təşkili, milli pul nişanlarımızın yaradılması, onların nominal strukturu, dizaynı və istehsalı məsələlərini daimi diqqət mərkəzində saxlayır, bu istiqamətdə mütəmadi təhlillər həyata keçirir, dünya təcrübəsini yaxından izləyir və vətəndaşların fikirləri öyrənilir.

Mərkəzi Bank son dövrlərdə pul nişanlarımızın nominal strukturunun beynəlxalq metodologiya əsasında təhlilini həyata keçirmiş və mövcud nominal strukturun ölkədə nağd pul nişanlarının ödəniş vasitəsi kimi istifadəsində, hesablaşmalarda və eləcə də qiymətəmələgəlmədə öz aktuallığını qoruduğu müəyyən edilib.

Bu istiqamətdə aparılacaq gələcək qiymətləndirmələrdə vətəndaşların müraciətləri daim diqqətdə saxlanılacaq və məsələ ilə bağlı hər hansı dəyişikliklər olarsa bu barədə ölkə ictimaiyyəti müvafiq şəkildə məlumatlandırılacaqdır”.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar