Sizin Reklam Burada
Xəbər lenti
10-07-2026
09-07-2026
BÜTÜN XƏBƏRLƏR

Kəmaləddin Heydərovun oğlunun ifadəsi açıqlandı - 16 milyon vermişik

Tarix: 10-07-2026 18:10     Baxış: 428 A- / A+
Kəmaləddin Heydərovun oğlunun ifadəsi açıqlandı - 16 milyon vermişik
12 milyon manatlıq dələduzluqda ittiham olunan “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyevin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş iş adamı Tale Heydərovun ifadəsi elan edilib. 
Heydərov məhkəmələrdə iştirak etməyib, nümayəndəsi onun hazırda ölkə xaricində olduğunu bildirib. Hakim işin uzadılmaması üçün zərərçəkmişin prokurorluqda verdiyi ifadəsini elan edib.
Tale Heydərov müstəntiqə deyib ki, təqsirləndirilən şəxsi qardaşı Nicat Heydərov vasitəsilə tanıyıb. Onların arasındakı hazırkı çəkişmə isə “AzeriSteel Company” ASC nin səhmlərinin alınması ilə bağlı olub. Heydərovun sözlərinə görə, qardaşı ilə birgə İntiqam Səfərəliyev və Abid Mamedovun hesabına (hazırda axtarışdadır - red.) 16 milyon manat pul köçürüblər. Amma səhmlərin alınması baş tutmayıb. Belə ki, qarşı tərəf pulları mənimsəyib. O, şikayətçi olduğunu, pulunun ödənilməsini tələb etdiyini bildirib.
Vaxt məhdudiyyətindən zərərçəkmişin ifadəsi ilə bağlı sorğu-sual növbəti iclasa saxlanılıb.
Fotoda İntiqam Səfərəliyev

Qeyd edək ki, bu iş üzrə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl Heydərovlara aid olduğu deyilən “AFB” Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.
İntiqam Səfərəliyev əvvəl həbsdə idi, məhkəmə başlayandan sonra ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Tale Heydərov Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğludur.
Fotoda Tale Heydərov



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar