Manevr.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqştşmid Dünya Bankının "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimatı çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan yeni turizm bazarlarına çıxışı genişləndirmək istiqamətində işləri davam etdirir. Bu məqsədlə iki ay əvvəl Pekində nümayəndəlik açılıb. Gələn ilin may ayından isə “China Eastern Airlines” vasitəsilə Çinlə yeni birbaşa hava əlaqəsi istifadəyə veriləcək. Hazırda digər Çin aviaşirkətləri ilə də danışıqlar aparılır.
Florian Zenqştşmid bildirib ki, 2018-ci ilə qədər Hindistan Azərbaycana turist göndərən bazarlar sırasında demək olar ki, yox idi. Lakin ötən il bu ölkədən Azərbaycana gələn turistlərin sayı 256-260 min nəfərə çatıb.
O qeyd edib ki, geosiyasi gərginlik turizm sektoru üçün əsas risk amillərindən biri olaraq qalır. Çünki siyasi qeyri-sabitlik insanların ölkələr arasında hərəkətinə birbaşa təsir göstərir.
Baş icraçı direktor vurğulayıb ki, Dünya Bankının hesabatında müəyyən edilmiş prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi və beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycanın turizm sektorunun yaxın illərdə daha sürətli inkişaf edəcəyinə inanır.
Xəbər lenti
Azərbaycandan Çinə birbaşa aviareys açılacaq

Gələn il “China Eastern Airlines” vasitəsilə Çinlə yeni birbaşa hava əlaqəsi istifadəyə veriləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































