Xəbər lenti
Azərbaycanda Sİ məktəblərdə tədris olunacaq?
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Çində süni intellektin təhsil sisteminə geniş şəkildə inteqrasiyası və bunun Azərbaycanda tətbiqi perspektivlərindən danışarkən deyib.
Ekspert bildirib ki, süni zəka sahəsində dünyanın aparıcı ölkələrindən biri olan Çin bu istiqaməti artıq təhsil sisteminin əsas elementlərindən birinə çevirib və rəqəmsal texnologiyalar üzrə araşdırmaları sürətlə genişləndirir:
"Bu yanaşma gələcəkdə Çinin iqtisadi inkişafına ciddi töhfə verəcək və ölkənin həm təhsil, həm də iqtisadi sahədə qlobal liderliyini daha da möhkəmləndirəcək. Eyni zamanda, bu tendensiyanın digər ölkələrin təhsil siyasətinə də təsir göstərəcəyi gözlənilir.
Hesab edirəm ki, Azərbaycanda hazırda süni intellektin ayrıca fənn kimi tədrisinə ciddi ehtiyac yoxdur. Bu sahə üzrə ilkin biliklər "Rəqəmsal bacarıqlar" fənni çərçivəsində şagirdlərə aşılanmalı, gələcəkdə isə ayrıca fənn və ya müstəqil bölmə kimi proqramlara daxil edilə bilər.
Ölkədə süni intellektin inkişafı ilə bağlı dövlət səviyyəsində mühüm addımlar atılır. Bu istiqamətdə yaradılan ixtisaslaşmış mərkəzlərlə yanaşı, regionlarda da analoji mərkəzlərin fəaliyyətə başlaması, müasir infrastrukturun qurulması və süni intellekt üzrə kadr hazırlığının genişləndirilməsi zəruridir".
Onun sözlərinə görə, müəllim hazırlığı da əsas prioritetlərdən biridir:
"Hazırda süni intellekt üzrə təhsil əsasən magistratura səviyyəsində aparılır. Lakin gələcəkdə bu ixtisasın bakalavr pilləsində də geniş şəkildə tədris edilməsi yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına imkan verəcək".
Elçin Əfəndi hesab edir ki, yaxın 5-10 il ərzində süni intellekt Azərbaycanda məktəb proqramlarının tərkib hissəsinə çevriləcək və böyük ehtimalla, 2030-cu ildən etibarən bu sahə ilə bağlı mövzular ümumi təhsil proqramlarına salınacaq.
Qeyd edək ki, Çin son dövrlərdə süni intellekt təhsilinin genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Ölkədə Sİ mövzuları məktəb proqramlarına inteqrasiya edilir, bəzi regionlarda isə süni intellekt dərslərinin məcburi şəkildə tədrisinə başlanılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































