Sizin Reklam Burada
Xəbər lenti
08-07-2026
07-07-2026
BÜTÜN XƏBƏRLƏR

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Tarix: 08-07-2026 20:16     Baxış: 330 A- / A+
Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyibVaxtı ilə Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan “Fireland Vineyards” MMC-nin (VÖEN – 1301263921) dövlət büdcəsinə 25 min 830 manat 90 qəpik vergi borcu var.
Manevr.az yeniavaz.com-a istinadla xəbər verir ki, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib.
“Fireland Vineyards” MMC-nin Novxanıda A.Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib.
Qeyd edək ki, şirkətin təsisçiləri arasında Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevna da olub. Əvvəlki illərdə şirkətin vergi borcu faha yüksək olub. Hətta 2021-ci ildə şirkətin vergi borcu yarım milyon manata kimi yüksəlib.
2021-ci ildə “Fireland Vineyards” MMC-yə rəhbərlik edən Səidov Elmar Çingiz oğlu Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası da qaldırıb. Hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 77, m. 40-da yerləşən “Fireland Vineyards” MMC-nin hazırda qanuni təmsilçisi yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar