Sizin Reklam Burada
Xəbər lenti
07-07-2026
06-07-2026
BÜTÜN XƏBƏRLƏR

Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildi

Tarix: 07-07-2026 19:17     Baxış: 328 A- / A+
Daha 30 ukraynalı uşaq ölkəmizə gətirildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 30 ukraynalı uşaqdan ibarət daha bir qrup sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmələri üçün ölkəmizə gətirilib.
Bu barədə agentlikdən məlumat verilib.
Bildirilib ki, ukraynalı uşaqlar agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində xidmətlərlə təmin ediləcəklər.
Bu müddətdə onların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər növlərdə reabilitasiya xidmətləri də göstəriləcək.
Ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar üçün müxtəlif ekskursiyalar, stolüstü oyunlar, müxtəlif yarışlar və digər tədbirlər də proqrama daxil edilib.
Qeyd edək ki, ötən dövrdə agentlik tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar