Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Qaza görə 20 manatlıq rüsum ləğv edilir

Tarix: 07-07-2026 15:15     Baxış: 370 A- / A+
Qaza görə 20 manatlıq rüsum ləğv edilirQaz qurğularının xəritələrinə görə dövlət rüsumu ləğv edilir.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Belə ki, qanun layihəsinə əsasən, "Dövlət rüsumu haqqında" qanundan qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manat dövlət rüsumunun tutulmasını nəzərdə tutan müddəa ləğv edilir.
Layihə ilə, həmçinin "Energetika haqqında" qanunda terminoloji uyğunlaşdırma aparılır. Belə ki, qanunda "qaz anbarları" ifadəsi "yeraltı qaz anbarları" ifadəsi ilə əvəz olunur.
Qanun layihəsinin arayışında bildirilir ki, dəyişikliklər yeni "Qaz təchizatı haqqında" qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Yeni qanunda qaz qurğularının xəritələrinin dövlət rüsumu müqabilində sifarişçilərə verilməsi nəzərdə tutulmadığından, müvafiq müddəanın "Dövlət rüsumu haqqında" qanundan çıxarılması təklif edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar