Sizin Reklam Burada
Xəbər lenti
06-07-2026
05-07-2026
BÜTÜN XƏBƏRLƏR

Səbuhi Rəcəbə hökm oxundu

Tarix: 06-07-2026 15:40     Baxış: 327 A- / A+
Səbuhi Rəcəbə hökm oxunduAzərbaycan Kikboksinq və Sambo Federasiyasının döyüş sambosu üzrə sabiq vitse-prezidenti, hazırda həbsdə olan Səbuhi Rəcəb və Kikboksinq üzrə üçqat dünya çempionu, əməkdar idman ustası Elman Mirzəyevin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
Manevr.az apa-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Səbuhi Rəcəbin əvvəlki cəzası hesablanmaqla ona qəti olaraq 8 il 2 ay müdətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Elman Mirzəyevə isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəzlənib.
Dövlət ittihamçısı Səbuhi Rəcəbin 10 il, Elman Mirzəyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ümumilikdə 1 milyon manatlıq dələduzluqda ittiham edilib.
Xatırladaq ki, Səbuhi Rəcəb 2014-2015-ci illərdə isə Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Kombat Sambo) üzrə vitse-prezidenti, 2018-ci ildən isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti olub. 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
2023-cü ildə dələduzluqda ittiham olunan S.Rəcəb Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar