Xəbər lenti
Alış-verişdə yeni dövr başlayır: Kassirlər tarixə qovuşa bilər
İqtisadçı Pərviz Heydərov bildirib ki, kənd təsərrüfatı məhsullarının satışının tamamilə supermarketlərin nəzarətinə keçməsi düzgün yanaşma olmaz:
“Müasir supermarketlər təkcə alış-veriş məkanı deyil. Orada restoranlar, hazır yemək bölmələri, uşaqlar üçün əyləncə guşələri və digər xidmətlər fəaliyyət göstərir. Yəni insanlar həm gündəlik tələbatlarını ödəyir, həm də vaxt keçirirlər. Bu proses bütün dünyada gedir və təbii inkişafın tərkib hissəsidir. Bu gün dünyada onlayn ticarət də sürətlə inkişaf edir. İnsanların marketə getməsinə ehtiyac qalmır. Evdən istədiyi məhsulu sifariş edir və həmin məhsul qapısına qədər çatdırılır. Bu tendensiya Azərbaycana da gəlib çıxıb. Hazırda bu sistem inkişaf etmiş ölkələrdə olduğu qədər geniş yayılmasa da, gələcəkdə daha da genişlənəcəyi gözlənilir.
Belə olan halda sual yaranır ki, əgər insanlar bütün ərzaq məhsullarını evdən sifariş edə biləcəklərsə, gələcəkdə iri supermarketlərə və hipermarketlərə ehtiyac necə olacaq? Texnologiyanın inkişafı ticarət sektorunu da dəyişir. İnternet artıq həyatın bütün sahələrinə təsir göstərir və bəzi peşələrin sıradan çıxmasına səbəb olur”.
İqtisadçının fikrincə, texnologiyanın inkişafı ticarət sahəsində bəzi peşələrə olan ehtiyacı azaldacaq:
“Məsələn, yaxın gələcəkdə supermarketlərdə kassir peşəsinin tamamilə aradan qalxacağını düşünürəm. Kassaların əksəriyyəti avtomatlaşdırılacaq. Anbar işçilərinin, qablaşdırma ilə məşğul olan əməkdaşların gördüyü işlərin də müəyyən hissəsi robotlar tərəfindən yerinə yetiriləcək. Bu, pərakəndə ticarət şəbəkələrinin inkişafının təbii nəticəsidir.
Amma kənd təsərrüfatı məhsullarının satıldığı ənənəvi bazarlarla bağlı proseslər bir qədər fərqlidir. Bu sahədə hansı dəyişikliklərin baş verəcəyini zaman göstərəcək. Mən şəxsən kənd təsərrüfatı məhsullarının satışının tamamilə bazarlardan çıxaraq yalnız supermarketlərin nəzarətinə keçməsini doğru hesab etmirəm. Çünki bütün satışın yalnız iri marketlərin əlində cəmləşməsi müəyyən mənfi nəticələr də yarada bilər.
Ümumiyyətlə, bütün bu dəyişikliklər təbii inkişafın nəticəsi olaraq baş verməlidir. İnzibati qərarlarla, süni məhdudiyyətlərlə bazarların sıxışdırılması, fəaliyyətinin dayandırılması və ya hansısa marketlərin üstün vəziyyətə gətirilməsi düzgün yanaşma deyil". yeni sabah
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































