Xəbər lenti
Moskvada donuza görə ailə dağılır: Boşanırlar

Moskvada bir ailədə toy ildönümündə hədiyyə edilən mini-donuzun evlilik münasibətlərinin pozulmasına səbəb olduğu iddia edilir.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, hədiyyə edilən "mini-piq" zaman keçdikcə təxminən 50 kiloqrama qədər böyüyərək evdə ciddi problemlər yaradıb.
Məlumata görə, "Xavronya" adlı donuz mebelləri zədələməyə başlayıb, hətta ər-arvadın yatağında yer tutub. Bu isə cütlük arasında davamlı mübahisələrə səbəb olub. Qadın heyvanın fermaya və ya zooparka verilməsini təklif etsə də, həyat yoldaşı bununla razılaşmayıb.
Nəticədə qadın ərinə "Ya mən, ya da donuz" ultimatumu verib. Kişi isə donuzu seçərək həyat yoldaşından boşanmaq qərarına gəlib.
Hazırda cütlüyün boşanma prosesi davam edir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
İdman
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































