Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

DYP-dən XƏBƏRDARLIQ : protokollar İŞ YERİNƏ göndəriləcək

Tarix: 27-07-2017 10:34     Baxış: 5324 A- / A+
DYP-dən XƏBƏRDARLIQ

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi ilə bağlı sürücülərə və piyadalara xəbərdalıq edir.
İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib ki, sürücülər törədilən xəta ilə bağlı təyin edilmiş cəriməni faizi ilə birgə müəyyən edilmiş müddətdə mütləq ödəməlidirlər:
"Bir daha sürücülərə müraciət edirik ki, əgər cərimələri varsa, ödəsinlər. Ödənilmirsə, həmin sürücülər qanunvericiliyə uyğun olaraq saxlanılacaq və avtomobilləri cərimə meydançasına aparılacaq. Eyni zamanda, sürücünün altı ay müddətində sürücülük hüququndan məhrum edilməsi ilə bağlı yol polisi tərəfindən vəsatət qaldırılacaq. Ötən gündən artıq reydlərə başlanılıb və cəriməni ödəməyən 100-dən artıq nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb. Yəni, qanunvericilik bizə imkan verir ki, bu addımı ataq".
V.Əsədov həmçinin qeyd edib ki, piyadalar tərəfindən də cərimələrin ödənilməsinə nəzarət gücləndirilib və müəyyən təsirli tədbirlər həyata keçirilir:
"Yazılmış protokollar üzrə ünvanlara müraciətlər edilib, ərazi üzrə sahə rəisləri bu barədə məlumatlandırılıb. Eyni zamanda, protokol yazılmış şəxslərin təhsil aldığı və yaxud işlədiyi müəssisələr qarşısında cərimələrin tutulması ilə bağlı məsələ qaldırılıb".
big.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar