Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbi Prokurorluğun bəzi səlahiyyətləri ləğv edildi

Tarix: 03-07-2026 20:36     Baxış: 396 A- / A+

Hərbi Prokurorluğun bəzi səlahiyyətləri ləğv edildi

Cinayət işlərinin, cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini yalnız Daxili İşlər Nazirliyi (DİN) həyata keçirəcək.
Manevr.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Qərara qədər sözügedən prosesi DİN-lə yanaşı, Hərbi Prokurorluq da həyata keçirirdi.
 
Həmçinin Müdafiə Nazirliyi uçot aparan orqanlar sırasına əlavə edilib.
 
Bundan başqa, MN DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sənədləri göndərən orqan kimi müəyyən olunub.
 
Əvvəllər bu qayda Ədliyyə, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumlara şamil edilirdi.
Qərara əsasən, məhkəməyədək sadələşdirilmiş icraat materialları da vahid cinayət uçotu sisteminə daxil olunub.
Hərbi cinayətlər üzrə ayrıca statistik hesabat mexanizmi ləğv edilib.
Belə ki, hərbi qulluqçular tərəfindən və hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilmiş hərbi xidmət əleyhinə olan, habelə hərbi hissələrin, müəssisələrin və ya təşkilatların fəaliyyəti ilə əlaqədar, yaxud da onların ərazisində törədilmiş cinayətlər hərbi prokurorluqda qeydiyyata alınmaqla statistik hesabatlar Hərbi Prokurorluq tərəfindən tərtib olunaraq Baş Prokurorluğa göndərilirdi.
Həmçinin hərbi qulluqçuların törətdiyi cinayətlərlə bağlı işlərin ittiham elan edildikdən sonra Baş Prokurorluq vasitəsilə Hərbi Prokurorluğa göndərilməsi barədə norma ləğv edilib.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar