Sizin Reklam Burada
Xəbər lenti
03-07-2026
02-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bu uşaqlara smartfon verilməməlidir - Ekspert

Tarix: 03-07-2026 16:08     Baxış: 329 A- / A+
Bu uşaqlara smartfon verilməməlidir - EkspertDövlət uşaqların və yeniyetmələrin real həyatda qorunması üçün zəruri tədbirlər görür. Məsələn, məktəblərdə mobil telefondan istifadə qadağandır. Lakin virtual məkanda uşaqların təhlükəsizliyində əsas məsuliyyət valideynlərin üzərinə düşür. Çünki uşaqlara smartfon alınması internetdə zərərli məzmuna çıxışı asanlaşdırır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı rəqəmsal mühitdə uşaqların qorunması barədə danışarkən deyib.
Onun sözlərinə görə, virtual mühitdə narkomaniya, əxlaqsızlıq, cinayət, şantaj, oğurluq, onlayn qumar və digər təhlükəli məzmunlar geniş yayılıb:
“Qlobal internet sistemlərinə nəzarət imkanları məhdud olduğundan bu risklərin qarşısını tam almaq mümkün deyil. Bu səbəbdən uşaqlar internetdən yalnız valideyn nəzarəti altında və faydalı məqsədlərlə istifadə etməlidirlər. 16 yaşına qədər uşaqlara smartfon verilməməlidir. Onlar internetdən yalnız evdə valideynin telefonu və ya kompüteri, məktəbdə isə müəllim nəzarəti altında istifadə etməlidirlər. Tədris materialları, faydalı məlumatlar və yaşa uyğun məzmun yalnız valideyn və müəllim nəzarəti ilə əlçatan olmalıdır”.
Elçin Bayramlı qeyd edib ki, uzun illərdir dövlət qurumları, psixoloqlar, sosioloqlar və jurnalistlər valideynlərə bu barədə tövsiyələr verirlər:
“Lakin nəticələr göstərir ki, bu tövsiyələr hər zaman nəzərə alınmır. Buna görə də qanunvericilik səviyyəsində məhdudiyyətlərin tətbiqi zərurəti yaranır. Problem təkcə sosial şəbəkələr deyil, internetə nəzarətsiz çıxış imkanı yaradan smartfonlardır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar