Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə Namizəd Səfərovu ev dustaqlığına buraxmadı

Tarix: 02-07-2026 16:50     Baxış: 3109 A- / A+
Məhkəmə Namizəd Səfərovu ev dustaqlığına  buraxmadı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə ilkin məhkəmə baxış iclası keçirilib.

Manevr.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsin vəsatətləri ilə davam edib.
Təqsirləndirilən Namizəd Səfərov həbs olunduğu vaxt hadisə yerində olan şahidlərin dindirilməsi, zərərçəkən şəxsin və özünün telefon çıxarışları və anten məlumatları ilə bağlı Bakcell-ə sorğu göndərilməsi, ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb.Məhkəmə yerindəcə müşavirə edərək vəsatətlərə sənəd tədqiqi mərhələsindən sonra baxılacağını elan edib.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar