Sizin Reklam Burada
Xəbər lenti
01-07-2026
30-06-2026
BÜTÜN XƏBƏRLƏR

İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır

Tarix: 01-07-2026 23:09     Baxış: 334 A- / A+
Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə "Telegram" hesabının dələduzlar tərəfindən ələ keçirilib.

Bu barədə partiya sədrinin özü sosial şəbəkə hesabında məlumat yayıb.

İqbal Ağazadənin sözlərinə görə, naməlum şəxslər onun "Telegram" nömrəsini ələ keçirərək kontakt siyahısında olan şəxslərə onun adından mesajlar göndərir və pul istəyirlər.

Sabiq deputat hüquq-mühafizə orqanlarına da müraciət edib: "Daxili İşlər Nazirliyinə, şəxsən cənab nazir Vilayət Eyvazova operativ münasibət və araşdırma üçün təşəkkür edirəm".

İ.Ağazadə vətəndaşları onun adından göndərilən mesajlara inanmamağa və həmin kart hesablarına hər hansı vəsait köçürməməyə çağırıb.

Onun "Telegram" hesabı vasitəsilə aldadılan şəxslər arasında jurnalist Ləman Ələşrəfqızı da var. Bu barədə jurnalist özü məlumat paylaşıb.

Ələşrəfqızı bildirib ki, naməlum şəxs Ümid Partiyasının sədri İqbal Ağazadənin adından açılmış saxta teleqram hesabı vasitəsilə ondan pul istəyib:

“Həmin şəxs İqbal Ağazadənin adı ilə “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa atın, 2-3 saata göndərəcəm” yazdı. Mən də heç nə soruşmadan “baş üstə, İqbal bəy” dedim. Ardınca daha 420 manat istədi, kartımda olan 300 manatı da göndərdim. Toplam 600 AZN köçürəndən sonra həmin şəxs teleqram vasitəsilə qısa zəng etdi və daha 340 manat istədi. Yalnız onda şübhələndim. Zəng etdim, qaldırmadı. İqbal bəyin öz nömrəsinə yığanda məlum oldu ki, onun hesabı oğurlanıb və bu barədə feysbukda məlumat paylaşıb”.

DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar