Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bəzi qatarların hərəkət qrafiki dəyişdi

Tarix: 01-07-2026 10:36     Baxış: 3108 A- / A+
Bəzi qatarların hərəkət qrafiki dəyişdiSərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib.
Manevr.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək.
Yeni qrafikə əsasən, həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə gündəlik 84 reys yerinə yetiriləcək. Şənbə və bazar günləri isə qatarlar əvvəlki hərəkət cədvəli ilə fəaliyyət göstərəcək.
Eyni zamanda, iyulun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə də qatarların yola düşmə saatı dəyişdirilir. Yeni cədvələ əsasən, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.
Sərnişinlər qatarların yenilənmiş hərəkət cədvəli ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi internet səhifəsində tanış ola bilərlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar