Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıkartın satış qiyməti qalxdı

Tarix: 01-07-2026 10:11     Baxış: 399 A- / A+

Bakıkartın satış qiyməti qalxdı

Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
Manevr.az xəbər verir ki, "BakıKart"ın yaydığı məlumata görə, yeni tarifə əsasən, kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb.
Bildirilib ki, "BakıKart" kartları 2015-ci ildən sərnişinlərin istifadəsinə verilib və ötən 11 il ərzində kartın satış qiyməti dəyişdirilməyib.
Məlumata görə, kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.
Qeyd olunub ki, son illərdə ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda sərnişinlər "BakıKart"la yanaşı, NFC texnologiyası vasitəsilə bank kartları, mobil telefonlar və digər ağıllı cihazlar, eləcə də QR kod vasitəsilə ödəniş edə bilirlər.
"BakıKart" vurğulayıb ki, dəyişiklik yalnız yeni alınan kartların satış qiymətinə aiddir. Kartların balansında və ictimai nəqliyyatda tətbiq olunan gediş haqlarında isə hər hansı dəyişiklik nəzərdə tutulmur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar