Xəbər lenti
Azərbaycanda qadınların pensiya yaşı artdı
Manevr.az xəbər verir ki, kişilər üçün pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 yaş olaraq müəyyən edilib.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, kişilərin pensiya yaşı 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların pensiya yaşı isə 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb. Nəticədə, bu gündən qadınlar da 65 yaşında yaşa görə əmək pensiyası almaq hüququ qazanırlar.
Qanuna əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı minimum əmək pensiyasından az olmayan pensiya təminatına imkan verirsə, ona sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası təyin edilir. Bu təminat mümkün olmadıqda isə, şəxsin azı 25 il sığorta stajı olmalıdır (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla).
Hazırda Azərbaycanda minimum əmək pensiyasının məbləği 320 manatdır. Yaşa görə əmək pensiyası ömürlük təyin olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































