Sizin Reklam Burada
Xəbər lenti
30-06-2026
29-06-2026
BÜTÜN XƏBƏRLƏR

Şeyxin qızı 20 il sonra torpaq sahəsini əsl sahibinə qaytardı

Tarix: 30-06-2026 22:22     Baxış: 330 A- / A+
 
Bu gün gün Bakı şəhərinin Bilgəh qəsəbəsində uzun illər davam edən mübahisəyə hüquqi baxımdan nöqtə qoyulub. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı 7 ay gecikmə ilə də olsa, könüllü şəkildə icra edilib və Seymur Quliyevə məxsus 20 sot torpaq sahəsi onun istifadəsinə qaytarılıb.

Torpaq sahəsinin sahibi Seymur Quliyevin sözlərinə görə, məhkəmə qərarının icrası çərçivəsində torpaq sahəsinə aparan yol üzərində quraşdırılmış dəmir darvaza, şlaqbaum və digər fiziki maneələr cavabdeh Xatirə Allahşükür qızı Salahzadə tərəfindən sökülüb, ictimai avtomobil yolundan torpaq sahəsinə maneəsiz giriş təmin olunub.

Mübahisənin qarşı tərəfi keçmiş deputat Qalib Salahzadənin ailə üzvləridir. Cavabdeh Xatirə Allahşükür qızı Salahzadə Qalib Salahzadənin oğlu, sabiq deputat Əliabbas Salahzadənin həyat yoldaşıdır.

Mübahisənin predmeti Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 20 sot torpaq sahəsi idi. Həmin ərazi Seymur Quliyevin xüsusi mülkiyyəti olub və bu hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində rəsmi qeydiyyata alınıb. Torpaq sahəsinə dair çıxarış mövcuddur, mülkiyyət hüququ isə 7 fevral 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

Lakin sonrakı illərdə torpaq sahəsinə gedən yol bağlanmış, giriş hissəsində darvaza, şlaqbaum və digər maneələr quraşdırılmışdı. Nəticədə mülkiyyətçi öz torpaq sahəsinə daxil olmaq və ondan istifadə etmək imkanından məhrum olmuşdu.

Uzun sürən məhkəmə proseslərindən, qalmaqallardan sonra, nəhayət, mülkiyyətçi öz əmlakına sahib olmaq hüququ əldə edib.
d2563b34-2965-4273-8a60-9840bd880a9b.jpeg (92 KB)
Seymur Quliyev bildirib ki, uzun illər davam edən hüquqi mübarizənin nəticəsində dövlət onun mülkiyyət hüququnu bərpa edib.

O deyib: "Mən bütün məhkəmə instansiyalarından keçmişəm. Dövlət mənim mülkiyyət hüququmu tanıyıb. Bu gün Azərbaycan məhkəməsi özbaşınalıq və qanunsuzluq üzərində zəfər çaldı. 7 ay gecikmə ilə olsa da, məhkəmə qərarı icra edildi və mən öz torpaq sahəmə sərbəst keçə bildim. Azərbaycan dövlətinə vətəndaş olaraq mülkiyyət hüququmu bərpa etdiyinə görə təşəkkür edirəm". musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar