Sizin Reklam Burada
Xəbər lenti
30-06-2026
29-06-2026
BÜTÜN XƏBƏRLƏR

Vəfat edən şəxsin pensiya kapitalı bu şəxsə verilir – Mühüm qayda açıqlandı

Tarix: 30-06-2026 21:05     Baxış: 340 A- / A+

Azərbaycanda uzun illər işləyərək fərdi hesabında pensiya kapitalı toplayan şəxsin vəfat etməsindən sonra həmin vəsaitin taleyi tez-tez müzakirə olunan məsələlərdən biridir.

Bu kapital bütün hallarda vərəsələrə nağd şəkildə ödənilmir.

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, vəfat etmiş şəxsin topladığı pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ qazanan ailə üzvlərinin pensiyasının hesablanması zamanı nəzərə alınır. Yəni bu vəsait birbaşa bölüşdürülərək vərəsələrə verilmir, onların alacağı pensiyanın məbləğinin artmasına təsir edir.

Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna, o cümlədən, 18 yaşınadək uşaqlar, əyani təhsil alan övladlar 23 yaşınadək, eləcə də müəyyən hallarda həyat yoldaşı, valideynlər və digər ailə üzvləri malik ola bilərlər.

Ailə üzvləri əvvəlcə notariat qaydasında vərəsəlik hüququnu rəsmiləşdirməli, daha sonra isə qanunvericilikdə nəzərdə tutulan hallarda Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidirlər.

Bundan başqa, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə dəfn xərclərinin qarşılanması məqsədilə birdəfəlik müavinət də ödənilir. Bu müavinətin məbləği vəfat tarixinə qüvvədə olan əmək pensiyasının minimum məbləğinin üç misli həcmində müəyyən edilir. baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar