Sizin Reklam Burada
Xəbər lenti
29-06-2026
28-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu – FOTO

Tarix: 30-06-2026 16:16     Baxış: 345 A- / A+
Azərbaycanlı həkim beynəlxalq seminarda birinci oldu – FOTO
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının həkimi, tibb xidməti mayoru Zaur Nağıyev beynəlxalq seminarda birinci yeri qazanıb.

Manevr.az xəbər verir ki, həkim Avstriya Respublikasının Salzburg şəhərində keçirilən, 28 ölkədən LOR həkimlərinin qatıldığı beynəlxalq seminarda, proqram boyunca keçirilən imtahanlarda ən yüksək nəticə toplayaraq birinci olub.

Qeyd edək ki, seminar Weill Cornell Medicine (New York, USA), Paracelsus Private Medical University (Salzburg, Austria), Medical University Of Vienna (Vienna, Austria), Stanford University School of Medicine (California, USA), Charles University (Prague, Czech Republic), Columbia University Medical Center (New York, USA), Ankara Üniversiteti Tibb Fakültəsi (Ankara, Türkiye), University Hospital Regensburg (Regensburg, Germany) kimi dünyaca məşhur üniversitetlərin professorları tərəfindən keçirilib.

Bu elmi proqrama bu günə qədər dünyanın 138 ölkəsindən toplamda 30360 həkim qatılıb.

Məlumat üçün bildirək ki, tibb xidməti mayoru Nağıyev Zaur Qara oğlu 12 il Türkiyə Respublikası (TR) Gülhanə Hərbi Tibb Akademiyasında təhsil almış, Akademiyanı dərəcə ilə bitirib. 4 dəfə Akademiyada birinci olub, 2017-ci ildə Türkiyə Respublikasında keçirilən, 40 tibb fakültəsindən həkimlər arası yarışmada ‘Türkiyə Birincisi’, 2018-ci ildə təkrar keçirilən yarışmada yenidən ‘Türkiyə Birincisi’ olub.
 
Zaur Nağıyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılıb. O dönəmin TR Milli Məclisin sədri və Baş Naziri tərəfindən də mükafatlandırılan tibb xidməti mayoru Zaur Nağıyev hazırda Azərbaycan Respublikası Prezidenti təqaüdçüsüdür. Vətən müharibəsi iştirakçısıdır və ümumilikdə, 12 medal ilə təltif edilib.

O, elmi işini və müdafiəsini Türkiyə Respublikasında tamamlayıb. Həmin elmi iş TR Yüksek Öğretim Kurumu Tərəfindən dərc olunub.

Dünyada ilk dəfə olaraq tam qopan qulaq rekonstruksiyasında ‘ən böyük kompozit greft’i istifadə edib və uğurlu nəticə əldə edib. Tibb xidməti mayoru Zaur Nağıyev hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyir. Qulaq, burun, boğaz uzmanı, ixtisasca lor həkimidir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar