Sizin Reklam Burada
Xəbər lenti
29-06-2026
28-06-2026
27-06-2026
BÜTÜN XƏBƏRLƏR

Qarpız və yemişdə bu əlamətləri görsəniz, almayın

Tarix: 29-06-2026 17:47     Baxış: 331 A- / A+

Qarpız və yemişdə bu əlamətləri görsəniz, almayın

Yay mövsümündə qarpız və yemişə tələbat artsa da, bu məhsulları alarkən və istehlak edərkən bəzi vacib məqamlara diqqət yetirilməlidir.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, ilk növbədə məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə və saplağına diqqət yetirməlidirlər. Məhsulun üzərindəki sarı ləkələr onun torpaqla təmas etdiyi hissələri göstərir.
Məlumata görə, qarpızın qabığının hamar və parlaq olması onun təzə və yetişmiş olduğuna işarədir. Solğun görünüş isə məhsulun köhnə olmasını göstərə bilər. Saplağın yaşıl olması qarpızın tam yetişmədiyini, qurumuş olması isə yetişdiyini göstərir. Həmçinin qarpız və yemişin üzərində çürük və ya çatların olmaması vacibdir.
Qeyd olunub ki, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthi müxtəlif mikroorqanizmlərlə çirklənə bilər. Bu səbəbdən məhsullar kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır.İnstitutun tövsiyəsinə əsasən, qarpız və yemiş kəsildiyi gün istehlak edilməlidir. Bütöv qarpızın 10–15°C temperaturda, doğranılmış hissələrinin isə ağzı kip bağlanan qabda +5°C temperaturda saxlanılması məsləhət görülür.
Ətraflı məlumatla Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəsmi resursları vasitəsilə tanış olmaq mümkündür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar