Sizin Reklam Burada
Xəbər lenti
27-06-2026
26-06-2026
BÜTÜN XƏBƏRLƏR

Dörd günlük güclü maqnit qasırğası olacaq

Tarix: 27-06-2026 18:56     Baxış: 327 A- / A+


İyunun son günlərində Yer kürəsində geomaqnit aktivliyində artım müşahidə olunacaq.
Manevr.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, güclü maqnit qasırğası gözlənilməsə də, bəzi günlərdə orta səviyyəli təsirlər hiss oluna bilər.
Məlumata görə, 26 və 27 iyun tarixlərində geomaqnit aktivliyi nisbətən yüksək olacaq. Bu günlərdə Kp indeksi 3,7 səviyyəsinə çata bilər ki, bu da orta dərəcəli geomaqnit pozuntusu hesab olunur. Xüsusilə səhər və axşam saatlarında təsirin daha çox hiss ediləcəyi qeyd edilir.
28 iyunda aktivliyin tədricən azalacağı və Kp indeksinin 3 səviyyəsinə enəcəyi gözlənilir. 29 və 30 iyun tarixlərində isə Günəş aktivliyinin zəifləyəcəyi, geomaqnit sahəsinin əsasən sabit qalacağı bildirilir.
Mütəxəssislər vurğulayırlar ki, bu göstəricilər təhlükəli səviyyə hesab edilmir və əksər insanlar heç bir narahatlıq hiss etməyə bilər. Bununla belə, meteohəssas şəxslər, yaşlı insanlar, hamilə qadınlar və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərdə bəzi əlamətlər yarana bilər.
Bu əlamətlər arasında baş ağrısı, yorğunluq, yuxu pozğunluğu, təzyiq dəyişiklikləri, ürəkdöyünməsinin sürətlənməsi, əsəbilik və diqqət dağınıqlığı yer alır.
Həkimlər belə günlərdə qəhvə və energetik içkilərin qəbulunu azaltmağı, kifayət qədər su içməyi, yüngül qidalanmağı və ən azı 7-8 saat yatmağı tövsiyə edirlər. Həmçinin təmiz havada gəzinti etmək və günün ən isti saatlarında uzun müddət birbaşa günəş altında qalmamaq məsləhət görülür.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar