Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbi xidmətdən yayınanları bu cəzalar gözləyir

Tarix: 27-06-2026 15:22     Baxış: 396 A- / A+
Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİRHərbi xidmətdən yayınan şəxslər barədə qanunvericiliyə uyğun olaraq mərhələli tədbirlər görülür.
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində deyib.
General-mayor bildirib ki, ilk növbədə hərbi xidmətdən yayınan şəxslərin müəyyən edilməsi və tapılması istiqamətində ərazi polis orqanları ilə birgə axtarış tədbirləri həyata keçirilir.
Onun sözlərinə görə, həmin şəxslər aşkar edildikdə inzibati məsuliyyətə cəlb olunurlar. Yayınma davam etdiyi halda isə onlar barəsində ölkədən çıxışa, o cümlədən sərhədi keçməyə məhdudiyyət tətbiq edilir.
Mürsəl İbrahimov qeyd edib ki, şəxsin tapılması mümkün olmadıqda materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir.
"Artıq Cinayət Məcəlləsinin 321-ci maddəsinin qeyd hissəsində bununla bağlı dəyişikliklər də öz əksini tapıb", – deyə Dövlət Xidmətinin rəisi vurğulayıb.
O əlavə edib ki, rəhbərlik etdiyi qurum hərbi xidmətdən yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyil və vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar