Xəbər lenti
Zəhra və nənəsinin qəbirüstü daşları 40 mərasiminədək hazır olacaq - RƏSMİ

Avqustun 13-də Füzuli rayonun Alxanlı kəndində erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilən Sahibə Quliyeva və nəvəsi Zəhra Quliyevanın 40 mərasimi keçiriləcək.
Bu barədə modern.az-a Alxanlı kənd icra nümayəndəsi İlham İsrafilov məlumat verib.
İ.İsrafilov 40 məraisiminədək qəbir daşlarının hazır olacağını qeyd edib:
“Qəbir daşlarını sifariş vermişik. Balaca Zəhranın və Sahibə xanımın sinə daşları ayrı, başdaşları bir ayrı olacaq. Başdaşında ikisinin də şəkli həkk olunacaq”.
Kənd rəsmisi bütün xərclərin Füzuli İcra Hakimiyyəti tərəfindən çəkildiyini bildirib.
Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva öldürülüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar