Sizin Reklam Burada
Xəbər lenti
18-07-2026
17-07-2026
BÜTÜN XƏBƏRLƏR

AZAL-ın aldığı yeni təyyarənin təqdimat mərasimi keçirildi

Tarix: 24-06-2026 15:50     Baxış: 381 A- / A+
Almaniyanın Hamburq şəhərində yerləşən "Airbus" konserninin Finkenverder istehsalat kompleksində AZAL-ın ilk "Airbus A321neo" təyyarəsinin təqdimat və təhvilvermə mərasimi keçirilib.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, mərasimdə AZAL, Airbus, AerCap və CFM International şirkətlərinin rəhbər şəxsləri, eləcə də müxtəlif ölkələrdən dəvət olunmuş media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən "Airbus"un A320 ailəsi proqramının icraçı vitse-prezidenti Kristof Zammert AZAL-a ilk "Airbus A321neo" təyyarəsinin təqdim olunmasını xüsusi hadisə kimi qiymətləndirib.
O bildirib ki, "Airbus" hər gün iki-üç təyyarə təhvil versə də, bütün təhvilvermələr ayrıca mərasimlə qeyd edilmir:
“AZAL-a ilk "Airbus A321neo" təyyarəsinin təqdim olunması bizim üçün mühüm mərhələlərdən biridir. Bu təyyarə yanacaq sərfiyyatı, səs-küy səviyyəsi, ekoloji göstəriciləri və sərnişin komfortu baxımından sənayenin ən yaxşı nümunələrindən hesab olunur”.
Zammert qeyd edib ki, təyyarənin təhvil verilməsi aylarla və hətta illərlə davam edən əməyin nəticəsidir.
Onun sözlərinə görə, "Airbus" bundan sonra da təyyarənin istismar dövrü ərzində AZAL-a texniki dəstək göstərməyə davam edəcək.
"Airbus" rəsmisi çıxışında Azərbaycanın milli rəmzlərindən olan Xarıbülbül çiçəyinə də toxunaraq bildirib ki, bu simvolun ifadə etdiyi gözəllik, dözümlülük və birlik dəyərləri şirkətin fəlsəfəsi ilə səsləşir.
Qeyd edək ki, "Airbus A321neo" yeni nəsil CFM LEAP mühərrikləri və "Sharklets" texnologiyası sayəsində əvvəlki modellərlə müqayisədə təxminən 20 faiz daha az yanacaq sərf edir. 180-220 sərnişin tutumuna malik təyyarənin maksimum uçuş məsafəsi 6800 kilometrdən artıqdır.
Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə AZAL və "Airbus" arasında 12 yeni təyyarənin alınmasına dair razılaşma əldə olunub. AZAL-ın ilk "Airbus A321neo" təyyarəsinin təhvil alınması həmin proqramın həyata keçirilməsində mühüm mərhələ hesab olunur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar