Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

"Avtovağzal"dan mərkəzə birbaşa gəlmək olacaq - Video

Tarix: 20-06-2026 11:20     Baxış: 395 A- / A+

Metronun "Avtovağzal" stansiyasından Bakının mərkəzinə birbaşa gəlmək mümkün olacaq.
Manevr.az Xəzər TV-yə istinadla xəbər verir ki, Bənövşəyi xəttin şərti adı "B-05" olan 6-cı stansiyası sərnişinlərə "Nizami" stansiyası vasitəsilə Yaşıl xəttə birbaşa keçid imkanı yaradacaq.
Bu isə metronun gələcək mobillik və sərnişin paylanması xəritəsini tamamilə yeniləyir. Stansiya Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi ətrafında yerləşəcək.
Bakı Metropoliteni QDC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, "Xocəsən" və "Avtovağzal"dan başlayan axın istiqamətləri yeni stansiyanın strateji əhəmiyyətini əyani şəkildə sübut edir.
Onun sözlərinə görə, yeni tikiləcək stansiya təkcə yeraltı nəqliyyatı birləşdirməyəcək, həm də yerüstü marşrutların inteqrasiya olunduğu böyük bir nəqliyyat qovşağına çevrilə bilər.
Bir sözlə, yeni stansiyanın inşası ilə paytaxt nəqliyyatının yükü bərabər paylanacaq və sərnişinlərin mənzil başına daha tez çatması təmin olunacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar