Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbçilərin maaşları artırılacaq?

Tarix: 19-06-2026 11:29     Baxış: 398 A- / A+

Hərbçilərə şad xəbər: Maaş artımı gözlənilir

Azərbaycanda hərbi qulluqçuların əmək haqqı sistemində ciddi dəyişikliklərin hazırlanması ilə bağlı iddialar yayılıb.
Manevr.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, hazırda hərbçilərin maaşlarının hesablanması mexanizminin yenilənməsi istiqamətində iş aparılır. İddiaya əsasən, yeni sistemdə əmək haqqının müəyyənləşdirilməsində əsas meyar vəzifə deyil, hərbi rütbə olacaq.
Mənbə bildirir ki, dəyişiklik qüvvəyə minərsə, eyni rütbəyə malik hərbi qulluqçular arasında maaş fərqlərinin minimuma endirilməsi nəzərdə tutulur. Bununla yanaşı, xidmət zamanı əldə edilən rütbələrin maddi baxımdan daha çox əhəmiyyət daşıyacağı gözlənilir.
Qeyd olunur ki, hazırkı modeldə maaşın əsas hissəsi tutulan vəzifəyə uyğun formalaşır. Yeni yanaşmada isə rütbənin əmək haqqının hesablanmasında əsas rol oynayacağı iddia edilir.
Məlumata görə, dəyişikliklər yalnız maaşların hesablanması ilə məhdudlaşmaya da bilər. Mənbə bildirir ki, xidmət əlavələri, staja görə ödənişlər və digər təminat mexanizmlərinin də yenidən nəzərdən keçirilməsi müzakirə olunur.
İddialara əsasən, yeni sistemin tətbiqi minlərlə hərbi qulluqçunun aylıq gəlirlərinə təsir göstərə bilər. Lakin məsələ ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib və aidiyyəti qurumlar tərəfindən açıqlama verilməyib.
Qeyd edək ki, yayılan məlumatlar rəsmi təsdiqini tapmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar