Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Kərim Vəliyev Qazaxıstana getdi

Tarix: 18-06-2026 11:14     Baxış: 3142 A- / A+
Kərim Vəliyev Qazaxıstana getdiMüdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdədir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik K.Vəliyev Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Kanış Abubakirov ilə görüş keçirib.
Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayaraq, iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordularımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qazaxıstan tərəfi Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının inkişafına verdiyi mühüm töhfəyə görə general-polkovnik K.Vəliyevi "Hərbi əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə" medalı ilə təltif edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar