Sizin Reklam Burada
Xəbər lenti
01-08-2026
31-07-2026
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev: Yoxsulluq və işsizlik səviyyəsi 5 faizə qədər azalıb

Tarix: 18-06-2026 10:50     Baxış: 4107 A- / A+
İlham Əliyev: Azərbaycanın sabit, uğurlu inkişafı var
Azərbaycanda iqtisadi inkişaf prosesləri irimiqyaslı sosial proqramların icrası ilə paralel şəkildə həyata keçirilir.
Manevr.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.
Dövlət başçısı sosial sahədə atılan addımların miqyasını diqqətə çatdırıb:
“Biz son bir neçə ildə əhalimizin demək olar ki, 30%-indən çoxunu əhatə edən bir neçə sosial dəstək paketi həyata keçirdik. Yoxsulluğun və işsizliyin azaldılması da uğurla nail olunmuş hədəflərdən biri idi. Beləliklə, bu gün yoxsulluq və işsizlik səviyyəsi təxminən 5% civarındadır”.
Məşğulluq məsələlərinin hər zaman dövlətin diqqət mərkəzində olacağını vurğulayan Prezident İlham Əliyev, əhali artımının gətirdiyi yeni çağırışlardan da bəhs edib:
“Əhalisi artan hər hansı digər ölkədə olduğu kimi, bu məsələ həmişə diqqətimizin mərkəzində olacaq. Xoşbəxtlikdən müsəlman ölkələrində bu tendensiya davam edir. Lakin hamımız bilirik ki, əhali artdıqda, bu özü ilə bərabər bir çox çağırışlar da gətirir. Çünki siz yeni iş yerləri yaratmalısınız, daha çox sosial infrastruktur və ümumiyyətlə, infrastruktur qurmalısınız. Beləliklə, işsizlik səviyyəsini çox aşağı saxlamaq üçün bu amillər həmişə diqqətimizin mərkəzində olacaq”.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar