Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda binanın üstündə ev tikilib - İcazəni hansı qurum verib?

Tarix: 18-06-2026 08:54     Baxış: 3104 A- / A+
Bakıda binanın üstündə ev tikilib - İcazəni hansı qurum verib? (VİDEO)Şəhərin mərkəzində yerləşən 12 mərtəbəli binanın mansard hissəsində qanunsuz tikinti işlərinin aparıldığı iddia olunur.

Bu şikayətlə Aşıq Molla Cümə küçəsi giriş 3, M12, M2 ünvanında yerləşən "Monolit MTK"ya məxsus yaşayış binasının sakinlərindən biri "Xəzər Xəbər"ə müraciət edib.

Şikayətçinin vəkili Elməddin Məhərrəmov iddiasında bildirib ki, "Monolit" MTK ərazidə yerləşən 4 binanın sakinlərə məxsus olan çardaq və texniki sahəsini qanunsuz olaraq maklerlərdən birinə yeni mənzil inşası üçün satıb. İddialara görə, sakinlərin ümumi istifadəsində olan, yaşayış üçün ayrılmayan texniki sahədə qanunsuz tikinti işləri 5 aydan çoxdur ki, davam etdirilir.

Şikayətçi onu da iddia edir ki, qeyri-yaşayış sahəsində tikilən mənzillər üçün yaxınlıqda yerləşən binalardan qanunsuz qaz xətti çəkilib, eləcə də su, kanalizasiya, elektrik xətləri də aşağı mərtəbələrdə yaşayan qonşuların xəttinə birləşdirilib. Şikayətçinin sözlərinə görə, 4 binada aparılan qanunsuz tikinti işləri barədə aidiyyəti qurumlara müraciət edildikdən sonra 3 binada tikinti dayandırılıb, 1 binada isə tikinti işləri hələ də davam etdirilir.

İddialarda adı çəkilən "Monolit" MTK-ın əməkdaşı aparılan işlərin tam qanuni, layihəyə uyğun və razılaşdırılmış olduğunu bildirib. Tikintinin müvafiq qurumlarla razılaşdırılmış olduğuna dair müvafiq sənədləri isə təqdim etməyəcəkləri bildirilib.

Şirkət mansard hissədə heç bir əlavə tikintinin aparılmadığını bildirsə də, "Xəzər TV"nin əməkdaşları 12-ci mərtəbəyə qalxdığı zaman tikinti işlərinin həyata keçirildiyinin şahidi olub.

Hətta sosial şəbəkələrdə sözügedən binaya məxsus mansard tipli mənzillərin satışı üçün elanlar da həyata keçirilir.

Mansardın sahibi olduğunu iddia edən İlkin Rəhimov "Xəzər TV"yə bildirib ki, aparılan tikinti işləri rəsmi qurumlarla razılaşdırılıb və mənzillərə bütün kommunal sayğaclar da qoyulub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "Monolit" MTK tərəfindən inşa edilmiş 2 ədəd 12 mərtəbəli yaşayış binasının çardaq və texniki sahəsində əlavə pəncərə oyuqlarının açılması, əlavə mənzillərin tikilməsi barədə sakinlərdən daxil olmuş sikayətlər araşdırılb. Binaların dam hissəsinə baxış keçirilib və qanunsuz, layihədən kənar aparılan tikinti işləri barədə MTK rəhbərliyinə və aidiyyəti qurumlara məktub ünvanlanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, məsələ ilə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar