Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sabah Azərbaycanda Məhərrəm ayı başlayır

Tarix: 15-06-2026 16:40     Baxış: 3112 A- / A+

Sabah Azərbaycanda Məhərrəm ayı başlayırSabah – iyunun 16-da Azərbaycanda hicri təqvimi ilə Məhərrəm ayı başlayır.
Manevr.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin ölkə müsəlmanlarına ünvanladığı müraciətdə bildirilib ki, Məhərrəm və Səfər aylarında keçirilən təziyə mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, eləcə də qurşağadək soyunaraq sinə vurmaq kimi hərəkətlər İslam dininin mahiyyətinə uyğun deyil və qəbuledilməz hesab olunur.
Müraciətdə qeyd olunub ki, dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə uyğun şəkildə məscidlərdə, ziyarətgahlarda və onlara aid ərazilərdə keçirilməlidir.
QMİ eyni zamanda diqqətə çatdırıb ki, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə zidd şüarların səsləndirilməsi, dövlət rəmzlərinə uyğun olmayan atributlardan istifadə, küçə yürüşlərinin təşkili və ictimai asayişin pozulması qanunvericiliklə yolverilməzdir.
Qeyd edək ki, bu il Aşura günü iyunun 25-nə təsadüf edir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar