Sizin Reklam Burada
Xəbər lenti
11-07-2026
10-07-2026
BÜTÜN XƏBƏRLƏR

Bu gün Azərbaycanda “Son zəng”dir

Tarix: 13-06-2026 08:17     Baxış: 384 A- / A+
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir.

15 sentyabrda başlayan 2025-2026-ci tədris ili bu gün - iyunun 13-ü başa çatır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “Son zəng”lə bağlı məktəblərə müvafiq tapşırıqlar  verib. Bildirilib ki, "Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir. Şagirdlər tədbirdə məktəbli formasında olmalıdır. Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olmalıdır.

2025-2026-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 116 min 550 nəfə məzun olur. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri oğlandır.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində XI sinfi 37 222, XII sinfi isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla, ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 nəfər məzun olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar